Böyük Britaniya kralı III Çarlz 78-ci doğum günündə dünya şöhrətli müğənni Elton Conun radio proqramının qonağı olub.
Sherg.az xəbər verir ki, proqram kralın gənclərə dəstək məqsədilə yaratdığı “King’s Trust” fondunun 50 illiyinə həsr olunub.
Söhbət zamanı Çarlz və Elton Con yaşlanmaqla bağlı zarafatlaşıblar. Kral 1986-cı ildə fondun xeyrinə keçirilən konsertdə Elton Conun ifa etdiyi “I’m Still Standing” (“Hələ də ayaqdayam”) mahnısını xatırladaraq, “Aradan 40 il keçib, biz də, fond da hələ də ayaqdayıq”, – deyib.
Müğənninin “Amma mən artıq otururam” cavabına kral gülərək, “Yaşlandıqca oramız-buramız tökülür”, – deyə zarafat edib.
Çarlzın radio proqramı üçün seçdiyi mahnılar arasında “The Beatles”, Fil Kollinz və Elvis Preslinin ifaları da yer alıb.