Aİ Ukraynaya silah tədarükü üçün 1,76 milyard avro ayırdı

Avropa Komissiyası Ukraynaya raket, pilotsuz uçuş aparatları (PUA), sursat və hava hücumundan müdafiə sistemlərinin alınması üçün 1,76 milyard avro vəsait köçürüb.

Teleqraf xəbər verir ki, bunu Avropa Komissiyasının nümayəndəsi Balaş Uyvari Brüsseldə keçirdiyi brifinqdə açıqlayıb.

Qeyd edək ki, bu məbləğ Aİ Şurasının daha əvvəl təsdiqlədiyi 8 milyard avroluq maliyyə paketinə daxildir.