Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev Hərbi Memorial Məzarlıqda dəfn edilib.
APA xəbər verir ki, dəfn mərasimində Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyev, Müdafiə Nazirliyinin əməkdaşları, mərhumun yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Ehtiram Əliyev dünən müalicə aldığı xəstəxanada vəfat edib.
Qeyd edək ki, Ehtiram Əliyev 1972-ci il avqustun 1-də Ucar rayonunun Qazyan kəndində anadan olub. O, Sədərək və Batabat istiqamətlərində gedən döyüşlərdə, həmçinin Ağdam, Füzuli, Tərtər və Cəbrayıl istiqamətlərində aparılan hərbi əməliyyatlarda iştirak edib.
1994-cü ilin yanvarında baş verən döyüşlərin birində yaralanan Ehtiram Əliyev müalicə olunduqdan sonra yenidən cəbhəyə qayıdıb. 1995-ci ildə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.