İran kəşfiyyatında böyük dəyişiklik: Müctəba Xamenei nəzarəti ələ alır

İran parlamenti Kəşfiyyat Nazirliyinin idarəetmə sistemində dəyişiklikləri nəzərdə tutan qanun layihəsini müzakirəyə çıxarıb. Yeni təklif Müctəba Xameneinin nazirlik üzərində birbaşa nəzarətini gücləndirməyi nəzərdə tutur.

Sherg.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

Qanun layihəsinə əsasən, kəşfiyyat nazirinin təyin olunması üçün 43 ildir qüvvədə olan dini ictihad dərəcəsi tələbinin ləğvi təklif edilir. Bununla yanaşı, nazirlikdə iki yeni qurum - Məlumatların Mühafizəsi və Siyasi-İdeoloji İşlər Təşkilatlarının yaradılması planlaşdırılır.

Hər iki qurumun rəhbərini birbaşa Müctəba Xamenei təyin edəcək. Bu dəyişikliklər İsrail və ABŞ ilə 40 günlük müharibədən sonra İranın təhlükəsizlik sistemində aşkarlanan kəşfiyyat boşluqlarının aradan qaldırılması ilə əlaqələndirilir.

Qeyd edək ki, keçmiş kəşfiyyat naziri İsmayıl Xətib 2026-cı ilin martında İsrailin hücumları nəticəsində öldürülüb. O vaxtdan nazirlik müvəqqəti rəhbərlik tərəfindən idarə olunur.