İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır

İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami ölkəsinin öz texnologiyaları əsasında hazırlanan ilk idarəolunan termonüvə sintezi qurğusunu nəzərdə tutulan qrafikə uyğun istismara verməyi planlaşdırdığını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami İran dövlət teleradio şirkətinə bildirib.

Onun sözlərinə görə, İran öz elmi və texnoloji imkanlarına əsaslanaraq hazırladığı ilk tokamakı – idarəolunan termonüvə sintezi qurğusunu planlaşdırılan vaxtda işə salmağa ümid edir.

Eslami qeyd edib ki, İran bu sahədə böyük vəsait yatıran inkişaf etmiş ölkələrlə eyni səviyyədə elmin qabaqcıl istiqamətlərində irəliləyir. O, bəzi ölkələrin bu sahədə birgə layihələr həyata keçirdiyini də vurğulayıb.

İranın Qabaqcıl Texnologiyalar Şirkətinin rəhbəri Əli Nuruzinin sözlərinə görə isə termonüvə sintezi sahəsində İran dünyanın aparıcı ölkələri sırasındadır.