ABŞ-də 1962-ci ildən bəri ictimaiyyətə nümayiş etdirilməyən XVI əsrə aid Müqəddəs Georgi ikonası hərraca çıxarılacaq.
Teleqraf xəbər verir ki, bu barədə “Heritage Auctions” hərrac evi məlumat yayıb.
Bildirilib ki, Pskov ikonayazma məktəbinə aid olan əsər XVI əsrin ikinci rübündə yaradılıb. İkonada Müqəddəs Georginin əjdahanı məğlub etməsi və onun həyatından 18 səhnə təsvir olunub.
Hərrac evinin rus incəsənəti üzrə rəhbəri Nik Nikolson əsəri nadir və tarixi əhəmiyyətli sənət nümunəsi adlandırıb.
Onun sözlərinə görə, ikona 1927-ci ildən şəxsi kolleksiyada saxlanılır və 1962-ci ildən ictimaiyyətə göstərilməyib.
Hərrac dekabrın 8-də ABŞ-nin Texas ştatının Dallas şəhərində keçiriləcək.
Əsərin ilkin qiyməti 150–250 min dollar arasında qiymətləndirilir.