- “Mənzil bazarını MTK sahiblərinin Konseyi idarə edir”
- “Dövlət ucuz mənzillər tikməlidir”
Mənzil almaq artıq orta statistik ailələr üçün əlçatmaz olub. Gənclər evsizlik və maddi imkansızlıq səbəbindən ailə qura bilmir, yaxud qurulan ailələr bu problemlər üzündən dağılır.
Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli vətəndaşların mənzil sahibi olmasını təmin edə biləcək amilləri açıqlayıb.
Sherg.az xəbər verir ki, İ.Hüseynli sosial şəbəkədə canlı yayım açaraq inhisarçılığın hökm sürdüyü mənzil bazarındakı vəziyyətdən danışıb:
- Mənzil almaq artıq orta statistik ailələr üçün əlçatmaz olub. Gənclər evsizlik və maddi imkansızlıq səbəbindən ailə qura bilmir, yaxud qurulan ailələr bu problemlər üzündən dağılır. Kirayə üçün təklif olunan premium və orta təmirli mənzillər oliqarx zümrənin əlində cəmləşib və onların qiyməti əlçatan deyil. Mənzil bazarındakı qiymətləri inhisarçı MTK sahiblərinin toplandığı masa – Konsey müəyyənləşdirir.
İ.Hüseynli mənzil bazarında vəziyyətin dəyişməsi üçün bir sıra təkliflər də səsləndirib:
– Müvafiq dövlət qurumları dərhal hərəkətə keçməli və tənzimləmə mexanizmləri tətbiq etməlidir. Tarif Şurası minimum və maksimum qiymət hədləri təklif etməlidir. Dövlət tərəfindən mənzil-tikinti kooperativləri yaradılmalı, bazara daha ucuz mənzillər çıxarılmaqla rəqabət mühiti formalaşdırılmalıdır.