Ermənistanda 2027-ci ilin qış çağırışının tarixləri açıqlanıb

Ermənistanda 2027-ci ilin qış çağırışı yanvarın 7-dən fevralın 12-dək keçiriləcək.

Sherg.az xəbər verir ki, Sputnik Ermənistanın məlumatına görə, bu barədə Ermənistan hökumətinin cümə axşamı keçirilən iclasında qərar qəbul edilib.

Qərara əsasən, hərbi qulluqçuların ehtiyata buraxılması prosesi yanvarın 7-dən 31-dək davam edəcək.

2027-ci ildə 2025-ci ilin çağırışı zamanı hərbi xidmətə başlayan əsgərlər tərxis olunacaqlar. Qeyd edək ki, 2025-ci ilin qış çağırışı da yanvarın 7-dən 31-dək keçirilib.

Xatırladaq ki, 2026-cı ildən etibarən Ermənistanda müddətli həqiqi hərbi xidmətin müddəti əvvəlki 2 ildən 1,5 ilə endirilib.