- Prezident Tramp Çin Xalq Respublikası ilə fikir ayrılıqlarını və gərginliyi azaltmaqda qərarlıdır
Dünyada geosiyasi proseslərin sürətlə dəyişdiyi, böyük dövlətlər arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğu bir vaxtda Trampın xarici siyasət kursu və aparıcı güc mərkəzləri ilə diplomatik təmasları diqqət çəkir.
ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında Çinin Şençjen şəhərində gözlənilən görüş beynəlxalq münasibətlərdə önəmli diplomatik hadisələrdən biri kimi qiymətləndirilir. Böyük güclər arasında geosiyasi rəqabətin, regional təhlükəsizlik məsələlərinin və iqtisadi maraqların ön planda olduğu vaxtda nəzərdə tutulan bu görüşün mümkün nəticələri də maraq doğurur. Sammit çərçivəsində ABŞ, Rusiya və Çin arasında münasibətlərin gələcək istiqamətləri ilə yanaşı, beynəlxalq gündəmin digər aktual məsələlərinin də müzakirəsi gözlənilir.
Beynəlxalq siyasət üzrə amerikalı professor, Viskonsin ştatında Azərbaycan-ABŞ İqtisadi və Təhsil Şurasının direktoru, Paraqvayın Pilar Milli Universitetinin fəxri tədqiqatçısı Peter Marko Tase Sherg.az-a nəzərdə tutulan görüşü dəyərləndirib:
"Tramp, Putin və Si Cinpin arasında keçiriləcək üçtərəfli sammit dünya miqyasında geosiyasi tektonik plitələrin dəyişdiyi və dünyanın müxtəlif bölgələrində qeyri-sabitliyin davam etdiyi bir dövrdə tarixi mərhələdir.
Eyni zamanda, Prezident Donald Trampın rəhbərlik etdiyi bu genişmiqyaslı diplomatik kampaniya ABŞ-nin xarici siyasətində əhəmiyyətli dəyişiklikdən xəbər verir. Belə ki, Prezident Tramp Çinin Şençjen şəhərində keçiriləcək APEX Sammiti çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşməyə hazırlaşır.
Onlar ticarət məsələlərini, regional təhlükəsizliyi və nüvə silahlarının yayılmaması ilə bağlı məsələləri müzakirə edəcəklər.
Bunlar Prezident Trampın Si Cinpinlə müzakirə edəcəyi əsas mövzulardan bəziləridir.
Yeri gəlmişkən, Si Cinpin Çinin Prezidenti və Mao Zedunun dövründən bəri ölkənin ən güclü lideri kimi fəaliyyət göstərdiyi 14 il ərzində ilk dəfə öz prezidentlik səlahiyyətləri müddətində Prezident Trampı qarşılamaq üçün hava limanına gedərək onu şəxsən qarşılayıb.
Digər tərəfdən, Trampın tənqidçilərinin, o cümlədən Çinlə bağlı sərt mövqe tərəfdarlarının mövqeləri güclənib".
Analitik bildirib ki, onlar Trampın Si Cinpinlə həddindən artıq yaxın münasibətlər qurduğunu iddia edirlər:
"Huanqın vəzifədən uzaqlaşdırıldı və daha sonra onun Çin casusu olmaqda şübhəli bilinən şəxslə münasibətdə olduğu üzə çıxdı. Bunlar onun Tramp ilə əlaqələrinin, eləcə də süni intellekt sənayesində qabaqcıl çiplərin Çinə satışını müdafiə edən ən fəal şəxslərdən biri kimi rolunun daha ciddi araşdırılmasına səbəb olub.
NVIDIA şirkətinin rəhbəri Huanq hazırda araşdırma altındadır. O, Prezident Trampın yaxın dostlarından biri kimi Ağ ev rəhbərinin tənqidçilərinin diqqət mərkəzindədir. Bu vəziyyət ABŞ və Çin Xalq Respublikası arasında hazırda əsas xəbər kanallarında müsbət məcrada təqdim olunan ictimai ritorikaya mənfi təsir göstərə bilər.
Prezident Tramp Çin Xalq Respublikası ilə fikir ayrılıqlarını və gərginliyi azaltmaqda qərarlıdır.
Eyni zamanda, o, Filippinə uğurlu rəsmi səfərindən dərhal sonra Çinin Şençjen şəhərinə gəlib. Həmin səfər zamanı Tramp investisiyaların və inkişaf layihələrinin artırılması, eləcə də müdafiə sektoruna yatırımların genişləndirilməsi ilə bağlı öhdəlik götürüb. Bundan əlavə, ABŞ-nin Filippin Müdafiə Nazirliyindəki rolunun genişləndirilməsi, Filippinin milli təhlükəsizlik məqsədləri istiqamətində xərclərin və investisiyaların artırılması nəzərdə tutulur.
Bütün bunları nəzərə alsaq, Prezident Tramp Si Cinpin və Prezident Vladimir Putinlə dostluq münasibətlərini daha da möhkəmləndirməkdə qərarlıdır".
Müsahibimiz qeyd edib ki, bu xüsusiyyətlər və dövlətçilik yanaşmaları Azərbaycan Respublikasının xarici siyasətində də müşahidə etdiyimiz cəhətlərdəndir:
"Şençjen şəhərində belə bir üçtərəfli sammitin keçirilməsi təsadüfi deyil. Bu görüş Bakıda baş vermiş bir sıra mühüm qlobal hadisələrdən sonra reallaşır. Bunlar Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri İlham Əliyevin rəhbərliyi və fəaliyyəti dövründə Bakıda çoxtərəfli və ikitərəfli görüşlərin təşkili və keçirilməsi zamanı nümayiş etdirdiyi liderlik xüsusiyyətlərində də müşahidə etdiyimiz məqamlardır.
Bu görüşlərin ənənəsi və əldə olunan nəticələr Çin Xalq Respublikası hökumətinin Prezident Donald Trampın və Prezident Vladimir Putinin səfərləri zamanı həyata keçirməyə çalışdığı məqsədlərlə çox oxşardır".