Uitkoff və Kuşner Çindən Berlinə gedəcək

ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cerad Kuşner Çinin Şençjen şəhərindən Almaniyaya gedəcəklər.

“Al Jazeera“ xəbər verir ki, onlar “İstəklilər Koalisiyası”nın iclasında iştirak etmək üçün Berlin şəhərinə yola düşəcəklər.

Uitkoffla Kuşnerin Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə görüşəcəyi ehtimal edilir.