Ərdoğanla Baydenin Romada görüşü keçirilib-YENİLƏNİB

Romada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Baydenin ikitərəfli görüşü keçirilib.

“Report” xəbər verir ki, görüş “Böyük iyirmiliyin” (G20) Liderlərinin Sammiti çərçivəsində baş tutub.

Görüşdə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Antoni Blinken iştirak edib.

13:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden arasında görüş başlayıb.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Böyük İyirmilik” (G20) ölkələri liderlərinin Roma sammiti çərçivəsində görüşən liderlər kameralar qarşısında qısa salamlaşdıqdan sonra görüş otağına yollanıblar.

Amerikalı jurnalistin "Türkiyəyə F-16-ları verməyi düşünürsünüzmü?" sualına ABŞ prezidenti C.Bayden “Yaxşı görüş keçirməyi planlaşdırırıq” deyə cavab verib. Bağlı qapılar arxasında keçirilən görüşdə xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edir.

Ərdoğan daha əvvəl bildirmişdi ki, Cozef Baydenlə qarşıdakı danışıqların əsas mövzusu Türkiyənin beşinci nəsil F-35 təyyarələrinin hazırlanması proqramında iştirakı məsələsi olacaq.

Türkiyə və ABŞ liderləri sonuncu dəfə iyun ayında Brüsseldə NATO sammiti çərçivəsində görüşüblər.