Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi 67 xarici vətəndaşı ölkədən deportasiya edib.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.
Miqrasiya İdarəsi tərəfindən görülən tədbirlər nəticəsində Türkiyə, Hindistan, Misir, Rusiya, Azərbaycan, Kuba, Ermənistan, Pakistan, Özbəkistan, Belarus, Türkmənistan, Livan, Moldova, Nepal, Nigeriya, Şri-Lanka, Çin və digər ölkələrin ümumilikdə 67 vətəndaşı ölkədən çıxarılıb.
Deportasiya edilən şəxslərin ölkəyə girişi qadağan edilib.