Son xəbərlər

Cennifer Lopezin oğlundan anasına sual: “Ana, niyə şalvar geyinmirsən?”

Səhnəyə parıltılı, mayo üslublu geyimlərdə çıxan məşhur müğənni Cennifer Lopez illər əvvəl oğlunun səhnə kostyumlarını sorğuladığını açıqlayıb.

Sherg.az xəbər verir ki, 57 yaşlı sənətçi “The Drew Barrymore Show” proqramında çıxışı zamanı 18 yaşlı oğlu Maksın təxminən 10 il əvvəl ona verdiyi sualı xatırlayıb.

Lopez bildirib ki, Las-Veqasda ilk konsertindən sonra oğlu yanına gələrək: “Ana, niyə səhnədə heç vaxt şalvar geyinmirsən?” - deyə soruşub.

Müğənni isə oğluna “Mən şou ulduzuyam, rəqqasəyəm. Mənim işim budur”, - cavabını verib.

Lopez son 10 ildə geyim tərzinə yönələn tənqidlərə baxmayaraq, səhnə obrazını dəyişmədiyini bildirib.

Sənətçi, həmçinin əkiz övladlarının universitetə daxil olaraq evdən ayrılmasından sonra həyatında yeni mərhələnin başladığını deyib. O, uzun illərdən sonra ilk dəfə partnyoru və uşaqları olmadan tək yaşadığını vurğulayıb.