Son xəbərlər

Tramp administrasiyası İranda yüksək vəzifəli şəxslərə sui-qəsdi müzakirə edir

ABŞ Prezidenti Donald Tramp administrasiyasının İranda yüksək vəzifəli şəxslərə qarşı sui-qəsd həyata keçirilməsi imkanını müzakirə etdiyi iddia olunur.

Sherg.az xəbər verir ki, "NBC News" bu barədə adlarının açıqlanmasını istəməyən ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp administrasiyasında bəzi rəsmilər belə əməliyyatın müharibənin başa çatmasına şərait yarada biləcəyini düşünür. Buna qarşı çıxanlar isə hadisənin İranda sağ qalan rəhbərləri gücləndirə və gələcək danışıqların etibarlılığına zərər verə biləcəyini bildirirlər.

Rəsmilər Trampın İrana qarşı yeni addımlarla bağlı hələ yekun qərar vermədiyini və böyük hərbi əməliyyat da daxil olmaqla bir sıra variantları nəzərdən keçirdiyini bildiriblər.

Qeyd edək ki, ABŞ və İsrailin 28 fevral 2026-cı ildə İrana qarşı genişmiqyaslı hücumlarından sonra iki ölkə arasında qarşıdurma müharibəyə çevrilib. Həmin hücumlar zamanı İranın hərbi və nüvə obyektləri ilə yanaşı, yüksək səviyyəli siyasi və hərbi şəxslər də hədəfə alınıb.