ABŞ Prezidenti Donald Tramp Vladimir Zelenskinin ABŞ-ın Rusiya ilə Ukrayna arasında sülh sazişini yanvara qədər əldə etməyə çalışdığı barədə sözlərinə gülərək reaksiya verib.
Sherg.az xəbər verir ki, “New York Post”un yazdığına görə, Tramp bu barədə sualı cavablandırarkən “Bunu kim deyib?” deyə soruşub və gülüb.
ABŞ lideri nizamlanmanın konkret müddətə bağlı olmadığını bildirib: “Mənim sərt vaxt çərçivəm yoxdur. Sadəcə istəyirəm ki, bu başa çatsın”.
Qeyd edək ki, Zelenski daha əvvəl ABŞ-ın danışıqlar qrupunun Ukraynadakı münaqişəni dekabr-yanvar aylarında başa çatdırmağa çalışdığını bildirmişdi.