2026-2027-ci tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində 3 Azərbaycan vətəndaşı Türkiyədə təhsil almaq hüququ qazanıb. Sherg.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, proqram Azərbaycan Elm və Təhsil Nazirliyi ilə Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi (YTB) arasında imzalanmış Niyyət Məktubu əsasında həyata keçirilir.
Yekun seçim nəticələrinə əsasən, təqaüd qazanan şəxslər Ankara və Sakarya universitetlərində beynəlxalq münasibətlər, idarəetmə elmləri, mühasibat uçotu və maliyyə ixtisasları üzrə doktorantura təhsili alacaqlar.