Martın 1-dən etibarən Rusiya vətəndaşlarının "Astara" buraxılış məntəqəsi vasitəsilə İran-Azərbaycan dövlət sərhədindən mütəşəkkil keçidi prosesinə başlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.
İndiyədək Rusiyanın 39 vətəndaşı sərhəd xəttini keçib.
Qeyd olunub ki, Rusiya səfirliyinin əməkdaşları Azərbaycanın hakimiyyət orqanları ilə sıx koordinasiyalı şəkildə həmvətənlərinə hərtərəfli dəstək verməyi davam etdirirlər.