İraqın xarici işlər naziri Fuad Hüseyn Kürdüstan Muxtar Vilayətinin rəhbəri Məsrur Bərzaninin ofisinə edilən hücumla bağlı İrandan rəsmi izahat istəyib.
Teleqraf xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyinin Hüseyn İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığından sonra bildirib.
Hüseyn iranlı həmkarı ilə İraq Kürdüstanının Baş nazirinin ofisinə edilən hücumu müzakirə edib. İraq naziri qeyd edib ki, bu, regionda gərginliyi artıra və sabitliyi təhdid edə biləcək təhlükəli bir presedentdir.
Əraqçi isə bildirib ki, İran tərəfinin hücumun İslam Respublikası ərazisindən həyata keçirildiyini göstərən heç bir məlumatı yoxdur.
İraq Kürdüstanının Baş naziri daha öncə qeyd edub ki, onun şəxsi ofisi və Təhlükəsizlik və Kəşfiyyat Agentliyi rəhbərinin iqamətgahı İran pilotsuz təyyarələri tərəfindən hədəfə alınıb. O, hücumu "təhlükəli eskalasiya və İraq Kürdüstanının təhlükəsizliyi və sabitliyinə birbaşa təhdid" adlandırıb.