İrəvan Bakı ilə razılığa gəlməyə çalışır
Yusif Nəzərli
11:31 05.05.2023
Aktual
437
Ancaq prosesə mane olan kənar qüvvələrin təsirləri var, Paşinyan da bunu göstərməyə çalışır
Ermənistan Baş naziri Nikol Paşinyan Parlamentdə çıxışı zamanı Azərbaycanla aparılan danışıqlardan, müzakirə olunan məsələlərdən danışıb. Baş nazir bildirib ki, onun Parlamentə təqdim etdikləri Vaşinqtonda müzakirə olunur: “Masada Ermənistan-Azərbaycan sülh müqaviləsi ilə bağlı təkliflər sənədi var. Praqada keçirilən görüş formatında, Vaşinqtonda müzakirə olunan sənəd əsasında iyunun 1-də Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalansa, çox sevinərəm. Bunlar pis xəbər deyil, yaxşı xəbərlərdir. Danışıqlar davam etdiyi üçün deyəcəyim hər hansı müsbət və ya mənfi şərh onların gedişatına təsir edəcək. Mən Vaşinqtona səfər edən rəsmilərə dedim ki, danışıqları sərbəst aparsınlar". Paşinyan əlavə edib ki, Ermənistanın qonşu ölkələrə nəinki ərazi iddiası yoxdur, hətta olmayacaq: “Ermənistanın strateji təhlükəsizliyi yalnız hərtərəfli sülhlə təmin oluna bilər. Beynəlxalq vəziyyət regiona birbaşa təsir edir. Regionumuzda təhlükəsizlik və sabitlik sistemləri deformasiyaya uğrayıb. Bu o deməkdir ki, biz əlavə çağırışlarla üzləşmişik”. Baş nazir bildirib ki, ölkənin qarşısında duran əsas vəzifə deformasiya nəticəsində yaranan riskləri idarə etməkdir: “Bunun üçün isə hərtərəfli sülhə ehtiyac var. Sülhə nail olmaq mümkündür. Amma buna görə siyasi iradə və məqsədə çatmaq üçün aydın parametrlər lazımdır”. Baş nazir vurğulayıb ki, İrəvan hakimiyyətinin sülhə nail olmaq üçün siyasi iradəsi var.
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi ekspert Samir Hümbətov "Şərq"ə deyib ki, Prezident İlham Əliyevin Şuşadakı çıxışından sonra Ermənistan Baş naziri Nikol Paşinyanın belə açıqlama verməsi və Vaşinqton görüşləri deməyə əsas verir ki, İrəvan müəyyən məsələlərdə rəsmi Bakı ilə razılığa gəlməyə çalışır. Analitikin fikrincə, burada kənar qüvvələrin təsirləri var: "Paşinyan da bunu göstərməyə çalışır. Görünən odur ki, ortada müzakirə olunan bir sənəd var. Amma Paşinyanın nə deməsi və necə düşünməsi ilə iş bitmir. Burada qaranlıq məsələlər var. Məsələn, Paşinyan bildirir ki, nə Türkiyəyə, nə də Azərbaycana ərazi iddiası yoxdur. Bu, çox gözəl açıqlamadır. Ancaq baş nazir əvvəlki ifadələrində dəfələrlə bunun əksini söyləyib, ziddiyyətli açıqlamalar səsləndirib. Digər yandan, Ermənistan konstitusiyasında rəsmi olaraq Azərbaycana və Türkiyəyə ərazi iddiaları var. Üstəlik, Türkiyəyə qarşı uydurma "soyqırım" iddiaları gündəmdədir. Paşinyan bunların hamısını aradan qaldırmalıdır ki, sözləri əhəmiyyət kəsb etsin. Maraqlı sual odur ki, Paşinyan bunu aradan qaldıra biləcəkmi? Konstitusiyadakı dəyişiklikləri həyata keçirə biləcəkmi? Baş nazirin açıqlaması göstərir ki, Vaşinqton görüşündən gözləntilər var. Amma sadaladığım reallıqları da gözardı etməməliyik".
Oxşar xəbərlər
AZAL-da böyük dəyişikliklər? - Regional hava limanları xarici operatorlara verilə bilər
18:16 02.07.2026
Türkoloji Qurultayda iki Türk alimi - Əli bəy Hüseynzadə və Fuad Köprülü Bakıda nə söylədi?
20:59 30.06.2026
Xəbər lenti
Hamısına bax
Avropanın ən hündür vulkanı aktivləşdi
22:18 02.07.2026
Dünya
Rusiya səfirliyə edilən hücumla bağlı İsveç XİN-ə nota göndərib
21:47 02.07.2026
Dünya
Şeyx Xameneinin dəfnində iştirak etməyəcək - Səbəb
21:31 02.07.2026
Cəmiyyət
Belarusdan Rusiya ilə bağlı - Xəbərdarlıq
20:58 02.07.2026
Dünya
SEPAH İrana keçən kürd silahlı qrupunun məhv edildiyini açıqlayıb
20:45 02.07.2026
Region
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
20:33 02.07.2026
Dünya
Niderland Ukraynaya qoşun göndərməyə hazırdır
19:58 02.07.2026
Dünya
Xamenei həyat yoldaşının vida mərasiminə qatılmadı - Müəmma
19:42 02.07.2026
Region
Özbəkistan Prezidenti Gürcüstana səfər edib
19:35 02.07.2026
Gündəm
Azərbaycanda “kağızsız hökumət” modeli qurulur - RƏY
19:19 02.07.2026
Gündəm
Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
19:18 02.07.2026
Cənubi Qafqaz
Xalq şairi Nəriman Həsənzadənin son durumu açıqlandı
18:37 02.07.2026
Ədəbiyyat