Azərbaycanın 4 güləşçisi dünya çempionatında mübarizəyə başlayır

Qazaxıstanın paytaxtı Astanada güləş üzrə dünya çempionatı bu gün başlayacaq.

Teleqraf xəbər verir ki, mundialın ilk günündə yunan-Roma güləşi üzrə görüşlər keçiriləcək.

Azərbaycanı yarışın ilk günündə dörd idmançı təmsil edəcək. Dördqat dünya çempionu Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Sənan Süleymanov (77 kq) və Qurban Qurbanov (82 kq) medallar uğrunda mübarizəyə qoşulacaqlar.

Qeyd edək ki, dünya çempionatı noyabrın 1-də başa çatacaq.