İrəvanda adam qalmadı: 6 ayda 138 min nəfər ölkəni tərk edib
Fidan Həmişəyeva
09:53 23.07.2021
Aktual
532
Qabil Hüseynli: "Bu dinamika davam edəcək, çünki ölkənin iqtisadi durumu gün keçdikcə ağırlaşır"
"Vaxt gələcək ki, Ermənistanda qocalardan başqa kimsə qalmayacaq"
Erməni politoloqlar təşvişdədirlər. Çünki son 6 ayda 138 min adam Ermənistanı tərk edib. Onların 80 mini bir daha geri qayıtmayacaq. Bu barədə erməni politoloq Qrant Mikaelyan bildirib.
“Bu, yalnız aviadaşıyıcıların məlumatlarıdır. Eyni zamanda miqrasiyada ciddi artım olduğunu göstərən kifayət qədər böyük rəqəmdir. Çox güman ki, onlardan 80 mini əsla vətənlərinə dönməyəcək”.
Politoloqa görə, ölkəni tərk edən vətəndaşların əsas hissəsi Rusiyaya gedib. Çünki koronavirus pandemiyası kontekstində ora getmək ən asandır, xüsusən də Rusiya ermənilər üçün daha açıq ölkədir.
138 min Ermənistan və qısa zaman üçün çox böyük rəqəm hesab olunur. Ölkədəki demoqrafik böhran getikcə dərinləşir. Qarabağ müharibəsindəki məğlubiyyət Rusiyada və bütün dünyada ermənilərin və Ermənistanın nüfuzuna ciddi ziyan vurub.
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynlinin “Sherg.az”a açıqlamasına görə, ermənilər vətən hissi zəif olan bir toplumdan ibarətdirlər:
“Onlar yüz illər ərzində o diyardan bu diyara köç etməyə öyrəşiblər. İndi isə vəziyyət kifayət qədər ağırdır, ölkədə demoqrafik böhran yaşanır. Ermənistanda ölənlərin sayı çoxalıb, doğum sayı isə azalıb. Üstəlik, mühacirət edənlərin sayı əvvəlki illərə nisbətən həddindən artıq çoxdur. Bu, Qarabağ bölgəsində də aiddir.
Onların çoxusu Rusiyaya gedir, xarici ölkələrdə əlaqəsi olanlar isə xaricə üz tuturlar. Bu dinamika davam edəcək, çünki ölkənin iqtisadi durumu gün keçdikcə ağırlaşır.
Vaxt gələcək ki, Ermənistanda qocalardan başqa kimsə qalmayacaq. Ermənistan siyasi rəhbərliyi demoqrafik böhranı aradan qaldırmaq üçün tədbirlər görməyə çalışır.
Ancaq bunun üçün böyük vəsait və insanları inandırmaq lazımdır. Bu da baş tutmur. İnsanlar mövcud durumun və perspektivin ümidsiz olduğunu görərək, ölkəni birdəfəlik tərk edirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm
Vəkillər Kollegiyasının 4 üzvü cəzalandırıldı
12:57 01.05.2026
Gündəm
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
12:52 01.05.2026
Gündəm
Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi
12:46 01.05.2026
Gündəm