Telekörpü: masada xeyli məsələ var - “Yaşıl işıq” yandırılıb
Fidan Həmişəyeva
15:29 01.03.2021
Aktual
785
Rusiya Prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telekörpü keçiriləcək. Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya və Türkiyə dövlət başçıları arasında telekörpünün keçirilməsinə hazırlıq aparıldığını təsdiqləyib.
O, qeyd edib ki, telekörpü “Akkuyu” Atom Elektrik Stansiyasının üçüncü blokunun inşasına başlanılması münasibətilə baş tutacaq.
İki ölkə arasındakı telekörpünün hansı zərurətdən doğduna dair fikirlərini “Sherg.az”la bölüşən “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, son illər Türkiyə və Rusiya arasında tərəfdaşlıq münasibətləri yaxşılaşır:
“İki lider arasında çox sıx təmaslar var. Putin son müsahibələrindən birində söylədi ki, “Ərdoğanla müəyyən fikir ayrılıqları olsa da, o, verdiyi vədlərin hər birini yerinə yetirir”. Hər iki ölkənin ortaq maraqları var. Suriya və Liviyada əməkdaşlıq, Cənubi Qafqazda isə yeni əməkdaşlıq formatları yaranıb. İkinci Qarabağ savaşından sonra regional əməkdaşlığa “yaşıl işıq” yandırılıb.
Getdikcə yük daşımaları artıb, həmçinin Ermənistanda vəziyyət qarışıqdır. Bir sözlə, telekörpü zamanı müzakirə olunacaq məsələlər kifayət qədər çoxdur. Bu cür müzakirələr Türkiyə və Rusiyadan əlavə ölkəmizin də maraqlarına xidmət edir.
Çünki Rusiya ilə qonşuluq münasibətləri, ticari əlaqələrimiz var. Eyni zamanda rəsmi Moskvanın bölgədəki siyasəti və rus əsgərlərinin Qarabağdakı fəaliyyətinə dair ciddi suallarımız mövcuddur.
Qardaş ölkə isə müttəfiqimizdir. Yəni Rusiya Türkiyənin maraqlarını nəzərə alsa, bu, Azərbaycanın da xeyrinədir. Ona görə də bu cür telekörpülər həm iki ölkə, həm də Azərbaycan üçün faydalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat