“Trendyol” Azərbaycan bazarına ciddi təsir edəcək
Yusif Nəzərli
11:14 04.05.2023
Aktual
406
Kiçik karqo şirkətlərimiz üçün rəqabət çox çətinləşəcək
“Güman etmək olar ki, onların çoxu digər bazarlara çıxış imkanı qazanmasalar, rəqabətə tab gətirməyəcək və bağlanmaq təhlükəsi ilə üzləşə biləcəklər”
Türkiyənin məşhur alış-veriş saytı olan “Trendyol”a daxil olarkən Azərbaycan istifadəçilərinə yeni seçim imkanı təklif edilir. Təklifdə “Trendyol” sifarişlərini artıq Azərbaycan adresində təslim almaq mümkündür” seçimi yer alıb.
Yeniliklə vətəndaşlar Azərbaycan nömrəsi ilə qeydiyyatdan keçərək, sifarişi "Trendyol" saytından izləyə bilərlər. Eyni zamanda sifarişçi adres olaraq öz ev ünvanını qeyd edərək, malın evinə təslim edilməsini seçə bilər. Qeyd edək ki, indiyədək “Trendyol”un Azərbaycana birbaşa çatdırılma xidməti yox idi.
Dəyişikliyi şərh edən Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz “Şərq”ə açıqlamasında deyib ki, “Trendyol”un Azərbaycana gəlişi çoxdan gözlənilən idi. Əsas məsələ bu anlaşmanın Azərbaycan bazarına təsiri ilə bağlıdır:
”Trendyol” kimi nəhəng, bazar təcrübəsi olan və məşhur bir e-ticarət platformasının Azərbaycan bazarına daxil olması ekosistemin inkişafı baxımından, yeni e-ticarət mədəniyyətinin formalaşması, xidmətlərin daha sürətli əldə edilməsi, innovasiyaların və texnologiyaların tətbiqi, əlçatanlıq, daha rahat alış-veriş şəraiti, müştəri loyallığı və güvənlik baxımından müsbət addım olaraq dəyərləndirilə bilər.
Amma onu da qeyd edim ki, yalnız "Trendyol"a istiqamətlənən onlarla yerli, kiçik karqo şirkətlərimiz üçün rəqabət çox çətinləşəcək. Güman etmək olar ki, onların çoxu, digər bazarlara çıxış imkanı qazanmasalar, rəqabətə tab gətirməyəcək və bağlanmaq təhlükəsi ilə üzləşə biləcəklər. Xatırladıram ki, son 2-3 ildə bu tip karqo şirkətlərin sayı 200-ə çatmışdı.
Əslində digər xidmətlər təqdim etməyən, yalnız "aralıq" funksiyası göstərən bu tip şirkətlərin nə zamansa təhlükə ilə üzləşəcəyi proqnozlaşdırılan idi. Düşünürəm ki, nisbətən böyük karqo şirkətlərimiz, "Trendyol"dan fərqli olan mağaza və platformalar üzərindən də xidmət göstərənlər, dəyişikliyə uyğunlaşmaqla, yeni bazarlar əldə etməklə və innovasiyaları genişləndirməklə rəqabətə davam gətirə biləcəklər”.
O.Gündüzün sözlərinə görə, "Trendyol.com"a daxil olmaq istəyənlər "Trendyol.az"a yönləndiriləcək: “Maraqlısı odur ki, vətəndaşlarımız burada əvvəlki qaydada sərfəli olan köhnə qiymətlərlə rastlaşacaqlar, yoxsa "Trendyol" Azərbaycan bazarı üçün yeni, baha qiymətlər müəyyən edəcək ? Onu da deyim ki, Azərbaycan bazarında olan bəzi brendlərin "Trendyol" vasitəsilə satışında məhdudiyyətlərin olacağını indidən proqnozlaşdırmaq olar. Ümumiyyətlə, qiymət siyasətinin necə olacağını güman ki, yaxın zamanlarda görəcəyik. Ümid edirik ki, daha sərfəli və ağlabatan qiymətlər olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya
Putin sərhədyanı bölgələrdə vəziyyəti “çətin” adlandırıb
18:28 21.04.2026
Gündəm
İsmayıl Bəqai BƏƏ-də iranlıların həbsinə münasibət bildirib
18:10 21.04.2026
Dünya
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
18:03 21.04.2026
Region
Tramp İrandan həbsdəki qadınların azad olunmasını xahiş edib
17:46 21.04.2026
Gündəm
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə açıqlama
17:35 21.04.2026
Gündəm
Aprel ayının pensiya ödənişləri yekunlaşdı
17:16 21.04.2026
Sosial
Cevat Gök: Netanyahu faktoru sülhü poza bilər - ŞƏRH
17:14 21.04.2026
Gündəm
Təhdid xarakterli paylaşım edən məktəbli saxlanılıb
17:06 21.04.2026
Hadisə
Tramp: İrana qarşı yeni zərbələrin endirilməsini gözləyirəm
17:05 21.04.2026
Gündəm