Bakıda gecə saatlarında polisə qəribə şikayət daxil olub. Lent.az-ın məlumatına görə, saat 02:30 radələrində Daxili İşlər Nazirliyinin 102 qaynar telefon xəttinə zəng edən şəxs Mirzə Fətəli küçəsində tanımadığı şəxslərin ona terror aktı törətməyi təklif etdiyini deyib. Şikayətçi qeyd edib ki, tanımadıqları adamlar ona partlayıcı qurğu vermək və istədikləri yerin partladılmasını təşkil etmək istəyiblər. O, etiraz etdikdə isə, həmin şəxslər uzaqlaşmalı olublar.
Ərazi üzrə 27-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparıb və polisə şikayət edən şəxsin paytaxt sakini, 1968-ci il təvəllüdlü Şulindin Sergey Qriqoryeviç olması müəyyən edilib. Bəlli olub ki, o, polisə zəng edərkən sərxoş vəziyyətdə olub.