Gürcüstan Prezidenti tamamilə nəzarətsiz hərəkət edir, nə qanuna, nə də konstitusiyaya baxır.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Prezident Salome Zurabişvilinin ötən gün yeni parlament seçkilərinin təyin edilməsi ilə bağlı bəyanatına cavabında deyib. Nazir prezidentin tələbinin legitim olmadığını qeyd edib.
“Onun istəyinin heç bir legitimliyi ola bilməz, şübhəsiz ki, yeni seçkilər üçün heç bir əsas yoxdur, Onun Gürcüstanın maraqlarına zidd olan əməllərinə gəldikdə isə, onun üçün nə konstitusiyanın, qanunun, ümumiyyətlə hər hansı qaydaların əhəmiyyəti yoxdur ”, - Boçorişvili bildirib.
Qeyd edək ki, Salome Zurabişvili dünən Rustaveli prospektində keçirilən etiraz aksiyasında yeni seçkilərin tarixini müəyyən etmək üçün Bidzina İvanişvili ilə görüşməyə hazır olduğunu deyib.