Qazax rayonunda qətl hadisəsi törədilib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Kəmərli kəndində qeydə alınıb.
Kənd sakini, 1986-cı il təvəllüdlü Ramil Rəhimov həyat yoldaşı, 1992-ci il təvəllüdlü Aygünü bıçaqlayaraq öldürüb. Ramil Rəhimov cinayəti 10 yaşlı oğlunun gözləri qarşısında törədib. Cinayət ailə münaqişəsi zəminində baş verib.
Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.