63 ildir dırnaqlarını kəsmir





Dünyanın ən uzun dırnaqlı adamı 78 yaşlı Shridhar Chillal, 63 ildir kəsmədiyi dırnaqlarını muzeyə bağışlayacaq. O, dırnaqlarıyla "Ginnessin Rekordlar” kitabına düşüb.

Qoca dırnaqlarını necə mühafizə etdiyini izah edir. Chillalın uzatmaqda israr etdiyi dırnaqları həm iş, həm də eşq həyatını olduqca pis təsir edir. Chillal, "Uşaq vaxtı məktəbə gedərkən müəllimim dırnağıma görə döymüşdü. Səbəbini soruşduğunda isə, uzun bir dırnağa sahib olmanın mənasını əsla anlaya bilmədiyini söyləmişdi. O gündən sonra dırnaqlarımı uzatmağa qərar verdim...”

909.6 smlik dırnaqlarıyla Chillala ailəsi və müəllimləri qarşı çıxsa da heç kim onu bu qərarından daşındıra bilməmişdi. Chillalın baş barmaq dırnaqları 164.5 və 179.1 sm, işarə barmağı 186.6 sm , üzük barmağı 181.6 sm, kiçik barmağı da təxminən iki metr uzunluğundadır. Chillalın dırnaqlarının uzunluğu cəmdə 909.6 sm edir.