Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsman) səlahiyyətləri artırılıb.
APA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanuna dəyişiklik edilib.
Dəyişikliyə əsasən Ombudsmanın yaratdığı Milli Preventiv Qrup istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən qanunsuz miqrantların saxlanılması mərkəzlərinə daxil ola biləcək, miqrantlarla görüş keçirəcək, onların saxlanma şəraiti ilə tanış olacaq, həyata keçirdiyi tədbirlərin gedişi və nəticələrini protokollaşdıracaq.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.