Qəlbimin nuru!
Günlər, aylar keçdi, il dolandı və doğum gününün 52-ci ili də yetişdi. Bu günü görməyi və qeyd etməyi nəsib etdiyi üçün sonsuz şükranlar olsun Rəbbimə! Hər kəs alın yazısı ilə birgə doğulur. Alın yazına şərəf, ləyaqət, xeyirsevərlik, mübarizlik, dönməzlik və Qazilik yazılıbmış. Özün də bilmədən birəbir yaşadın qismətinə yazılanları. Arxada buraxdığın illərdə qazandın o adları, taleyinə yazıldığından xəbərsiz ola-ola. Və yaşamaqdasan. Sən Allahın yolundan heç çıxmadın ki. Haqqı nahaqqa vermədin. Hər zaman məzlumun yanında dayandın. Haqqı tapdananın müdafiəsinə qalxdın. Köməksizlərə arxa, dayaq oldun. Bu ölkədə neçə-neçə insan həyatına, yaşamına görə özünü sənə borclu bildi. Amma bunu heç vaxt qəbul etmədin. "Mən kiməm ki!.. Hər şey Hakimlərin Hakiminin hökmünə bağlıdır” dedin. Belə də davam edirsən. Necə sevməyim səni?! Sən sevgini haqq edirsən. Mərd kişilər yalnız bircə kərə beyət edər. Və onu pozmazlar. Sən də etdin və beyətinə sonadək sadiq qalacağından heç şübhəm yoxdu. Uca Rəbbimizdən səni də əyilməzlik rəmzi İmam Hüseynin (s) eşq-karvanında sıradan bir yolçu qərar verməsini acizanə təvəqqe edirəm. Xoş o kəslərin halına ki, bu karvana qoşulmağa can atırlar.
Allah-təala yar və yardımçın olsun.
Bilirəm, bu təbriki oxuyanda özünə xas təvazökarlıqla və bir az da zarafatyana "bir az çox abartmısan” deyəcəksən. Əsla. Necəsənsə, təbrikin də elədir. Mən sənin dayandığın yüksəkliyi görürəm sadəcə.
Ad günün mübarək, sevilən insan!..
Məlahət Rzayeva
Təbrikə "Şərq” qəzetinin kollektivi də qoşulur.