Kolumbiyanın şimal-qərbində kiçikhəcmli təyyarənin qəzaya uğraması nəticəsində azı 10 nəfər həlak olub.
APA xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Məlumata görə, yanvarın 8-də itkin düşdüyü bildirilən “Pacifica Travel” şirkətinə məxsus təyyarə Kolumbiyanın şimal-qərbindəki Antiokia departamentində qəzaya uğrayıb.
Bildirilib ki, təyyarədə iki ekipaj üzvü və səkkiz sərnişin olub.