Şəhərlərdə ölənlərin 70%-i piyadalar və velosipedçilərdir - RİSK AZALMIR

Avropa İttifaqı ölkələrində yol təhlükəsizliyi ilə bağlı irəliləyiş var, amma yetərli deyil

Şəhərlərdə ölənlərin 70%-i piyadalar, velosipedçilər və digər həssas istifadəçilərdir. Bu, 2025-ci ildə Avropa Komissiyası tərəfindən açıqlanan ilkin rəqəmlərdir. Nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev “Sherg.az”a açıqlmasında qeyd etdi ki, rəqəmlər reallığı əks etdirir. Şəhər mühitində piyadalar, velosiped və ikitəkərli digər nəqliyyat vasitələrinin istifadəçiləri daha çox risk altındadır: 

- Avropa İttifaqı ölkələrində yol təhlükəsizliyi ilə bağlı irəliləyiş var, amma yetərli deyil. 2025-ci ildə Avropa Komissiyası tərəfindən açıqlanan ilkin rəqəmlərə görə, Aİ-də yol qəzalarında ölüm halları 3% azalaraq 19.400 nəfərə düşüb. Bu, təxminən 580 nəfərin həyatının xilas edilməsi deməkdir. Ən böyük azalma Estoniya (38%) və Yunanıstanda (22%) qeydə alınıb. Ən təhlükəsiz ölkələr isə İsveç, Danimarka hesab olunur. Hər il təxminən 100.000 ağır yaralanma hadisəsi qeydə alınır. Qəzaların 53%-i kənd yollarında baş verir. Şəhərlərdə ölənlərin 70%-i piyadalar, velosipedçilər və digər həssas istifadəçilərdir. Risk qruplarına kişilər (77%), gənclər (18–24 yaş) və yaşlılar (65+) aiddir. Aİ-nin hədəfi budur ki, 2030-cu ilə qədər ölüm və ağır xəsarətləri 50% azaldılsın, 2050-ci ilə qədər isə “Sıfır ölüm” məqsədi qarşıya qoyulub. Piyadaların xəsarət alması və ya ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələrinin azalması bilavasitə küçələrin piyadayönümlü olmasından asılıdır.