Vladimir Putin: Kiyev əsirləri hərbçilərlə dəyişməyə çalışır

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukrayna hakimiyyəti Kursk vilayətindən aparılan mülki şəxsləri saxlayaraq onları ukraynalı hərbçilərlə dəyişməyə cəhd edir.

Sherg.az xəbər verir ki, Putinin sözlərinə görə, saxlanılan şəxslər döyüşçü deyil, lakin buna baxmayaraq Kiyev “istənilən üsullardan istifadə edir”.