Türkiyəli psixiatr Mehmet Çevikin sözlərinə görə, dünyada hər il təxminən 1 milyon insan intihar nəticəsində həyatını itirir.
Sherg.az xəbər verir ki, bu isə orta hesabla hər 40 saniyədə bir ölüm deməkdir.
Ekspert bildirib ki, hər 25 intihar cəhdindən biri ölümlə nəticələnir və hər bir intihar hadisəsi təxminən 135 insana ciddi təsir göstərir. Bu isə ildə təxminən 108 milyon insanın bu problemdən dolayısı ilə təsirləndiyini göstərir.
Mütəxəssis vurğulayıb ki, intiharın qarşısını almaq böyük ölçüdə mümkündür. İnsanların maarifləndirilməsi, risk siqnallarının tanınması və çətin vəziyyətdə olan şəxslərə dəstək göstərilməsi həyati əhəmiyyət daşıyır.
O, həmçinin qeyd edib ki, intihar düşüncəsi olan şəxslərlə açıq və mühakiməsiz danışmaq, onları dinləmək və sadə dəstək göstərmək belə həyat xilas edə bilər.