25 mart 2026 - Montrealdən havalanan Air Kanada təyyarəsi Nyu-York, LaQuardia hava limanında burun hissəsi ilə yanğınsöndürən avtomobilə çırpılıb.
Sherg.az xəbər verir ki, hadisə zamanı iki pilot həlak olub, 41 nəfər yaralanıb.
Yaralananlar arasında, oturduğu yerdə təyyarədən fırlanaraq 100 metr uzağa düşən stüardessa Solange Tremblay da var. Onun möcüzəvi xilas olmasında təhlükəsizlik kəməri və möhkəm oturduğu yer əhəmiyyətli rol oynayıb. Ekspertlər bildirir ki, dörd nöqtəli təhlükəsizlik kəməri və toqquşmalara davamlı oturacaq stüardessanın həyatda qalmasına imkan yaradıb.