Ölən qızına son hədiyyəsi...

Çimərliyə yol yalnız bu pilləkənlərdən başlayır





Bir atanın qızına son hədiyyəsi hamının marağına səbəb olub. Hekayəni eşidənlər atanın qızına verdiyi son hədiyyəni görmək üçün bölgəyə axın edir.

Təxminən 150 il əvvəl yaşanan hadisə yeni eşidənlərin tüklərini ürpədir. 1870-ci illərdə Yeni Zellandiyada yaşayan John Cargills adlı adamın qızı bir qəzada boğularaq həyatını itirir. Gənc qızın həyatda olarkən ən böyük xəyalı onun və ailəsinin xüsusi bir çimərliyə sahib olması idi. Adam da qızının ölümündən sonra onun xatirəsinə 72 pilləli bu tuneli inşaa etdirir. Tunelin ən maraqlı xüsusiyyəti odur ki, çimərliyə açılan tək yol yalnız burdandır. Çimərliyə getmək üçün başqa bir yol yoxdur. Əl dəyməmiş bu yer bir atanın qızına son hədiyyəsi oldu.