"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun təşkilatçılığı ilə "Azərbaycan gəncliyinin məruz qaldığı yad ideoloji təsirlər” mövzusunda MQF Bakı QHT Resurs və Təlim Mərkəzində dəyirmi masa keçirilib. "Oğuz” MAQ-ын rəhbəri Vüqar Zifəroğlu deyib ki, müasir zamanda Azərbaycan gəncliyi müasir ingormasiya daşıyıcıları ilə müxtəlif idoloji təsirə və eləcə də mədəni ekspansiyaya məruz qalmaqdadır. Bunun qarşısının alınması üçün maarifləndirici işin təşkili son dərəcə vacibdir. AMEA Arxeologoya və Etnoqrafiya institutunun elmi işçisi, araşdırmaçı Pərviz Elay isə Azərbaycanın istər Qərb, istərsə də bizə qonşu olan dövlətlərin ideoloji təsirlərinə mütəmadi olaraq məruz qaldığını bildirib. Bu təsirlərdə başlıca məqsəd isə ilk növbədə gəncləri ələ almaq, onları müəyyən axın və istiqamətlərə yönəldərək gələcəkdə fərqli məqsədlər üçün istifadə edə bilməkdir. Pərviz Elayın fikrincə, yalnız dövlət deyil, ziyalılar və eləcə də qeyri-hökumət təşkilatları bu təsirləri və zərərli ideoloji axınları maksimum dərəcədə zərərsizləşdirmək üçün ciddi şəkildə fəaliyyət göstərməlidirlər. Daha sonra birliyin İdarə Heyətinin üzvü Ceyhun Bayramlı mövzu ilə bağlı "Oğuz ” MAQ-da hazırlanan slaydı təqdim etdi. Slaydda kommunizm, anarxizm, ateizm, eləcə də xristian missioner və İslamla əlaqələndirilən qeyri-ənənəvi cərəyanlar barədə məlumat verilib. Sonda çıxış edərək tədbir iştirakçılarına təşəkkür edən V. Zifəroğlu yanvar ayında daha bir dəyirmi masa təşkil edəcəklərini bildirib.
Şəymən