Türkiyənin Marmara Ereğlisi səmtində zərər görən və boşaldılan "Nizamettin Demirdöven" İbtidai məktəbinin bağçasındakı Atatürk heykəlinin üzərinə boya ilə təhqiramiz ifadələr yazılıb.
"Sherg.az" türk mətbuatına istinadən verdiyi xəbərə görə, vəziyyətin fərqinə varan vətəndaşların bildirişi ardından jandarma qrupu həmin əraziyə göndərilib.
Qeyd edək ki, hadisənin hansı şəxs və ya şəxslər tərəfindən törədildiyi məlum deyil.