MSK: "Azərbaycan seçicilərinin yarıdan çoxu səsvermədə iştirak edib"




Bakı vaxtı ilə saat 15.00-a Azərbaycan prezidenti seçkilərində 2 987 213 seçici səs verib. Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının yaydığı məlumatda bildirilir.

Bu da ümumi seçicilərin 58,05 faizidir.

---------

13:21

"Saat 12:00-a olan məlumatlara əsasən, Azərbaycanda keçirilən prezident seçkilərində ən böyük seçici aktivliyi Salyan-Nefçala, Xəzər-Pirallahı, Masallı şəhər seçki dairələrindədir ki, bunlarda da göstərici 43-44 faiz təşkil edib". Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin rəhbəri Rüfət Gülməmmədov bildirib.

Qeyd edək ki, ən aktiv seçki dairəsi (44,83 faiz) 14 saylı Xəzər seçki dairəsi, ən passiv isə (26,64 faiz) 21 saylı Nəsimi seçki dairəsidir.

R.Gülməmmədov, həmçinin deyib ki, seçkilərin gedişi ilə bağlı 36 onlayn, 69 zəng, 10 Facebook müraciəti daxil olub: "Müraciətlər, əsasən, vətəndaşların səs vermək istədiyi seçki məntəqələrinin yerinin müəyyən edilməsi, həmçinin rayon qeydiyyatında olduğu halda Bakıda səs vermək istəkləri ilə bağlı olub. Şikayət xarakterli məlumatlar daxil olmayıb".

Qeyd edək ki, Bakı vaxtı ilə saat 12:00-a Azərbaycan prezidenti seçkilərində 1 894 050 seçici səs verib. Bu da ümumi seçicilərin 36,81 faizidir.

---------

12:46

Bakı vaxtı ilə saat 12:00-a Azərbaycan prezidenti seçkilərində 1 894 050 seçici səs verib

Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının yaydığı məlumatda bildirilir.

Bu da ümumi seçicilərin 36,81 faizidir.

---------

11:39

Bakı vaxtı ilə saat 10.00-a Azərbaycan prezidenti seçkilərində 937 465 seçici səs verib. Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının yaydığı məlumatda bildirilir.

Bu da ümumi seçicilərin 18,2 faizidir. Ən fəal seçki dairəsi 116 saylı Qəbələ seçki dairəsidir - 24,72 faiz seçici artıq səs verib. Ən passiv ərazi 33 saylı Xətai birinci seçki dairəsi - iki saat ərzində cəmi 9,29 faiz seçici səs verib.

Bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.

Prezident seçkisində 10 namizəd mübarizə aparır. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Azərbaycanın Mərkəzi Seçki Komissiyası tərəfindən 5 145 643 seçici qeydə alınıb.

---------

10:53

Bakı vaxtı ilə saat 10:00-a Azərbaycan prezidenti seçkilərində 937 465 seçici səs verib.

Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının yaydığı məlumatda bildirilir.