ABŞ-ın "LR Global" Strateji Araşdırmalar Mərkəzinin baş direktoru Lenço Rendon. Azərbaycanda prezident seçkiləri demokratik şəkildə keçirilir. Düşünürəm ki, dünya bunu görməlidir. Mən çox şadam ki, Azərbaycana gəlib seçkiləri müşahidə etmək imkanı əldə etmişəm və bu demokratik prosesləri öz gözlərimlə görürəm. – Trend.az, 09.10.13
Avropa Strateji Kəşviyyat və Təhlükəsizlik Mərkəzinin seçkiləri müşahidə missiyasının Belçikadan olan üzvü Racimira Vilyamas. Azərbaycanda Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində səsvermənin gedişini izlədim. Burada heç bir qanun pozuntusu ilə rastlaşmadım, səsvermənin keçirilməsi üçün hər cür şərait yaradılıb. Hətta məni təəccübləndirdi ki, Azərbaycanda məhkumlar da səsvermə hüququndan istifadə edə bilir. Bu, demokratiyanın ən yüksək göstəricisidir. – Trend.az, 09.10.13
Moldova Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Yuri Çokan. Azərbaycanda prezident seçkiləri üçün hər şey yüksək səviyyədə hazırlanıb. Seçkilər ştat rejimində keçir, səhər saatlarında məntəqələrin açılması ilə əlaqədar bütün prosedurlarda iştirak etmişik, yəni bura seçki qutularının möhürlənməsi, seçki bülletenlerinin sayılması, müşahidəçilərin qeydiyyata alınması daxildir. Bütün seçki məntəqələrində logistika yaxşı səviyyədədir. Bakıda bir çox seçki məntəqələrində və şəhərdən kənarda veb-kameralar quraşdırılıb. biz səhər saatlarından insanların seçki məntəqələrinə gəlməsinin şahidi olmuşuq. Hətta məntəqələrin birində növbə yaranıb. – Trend.az, 09.10.13
Almaniya Bundestaqının keçmiş üzvü Uolter Kolbou. "Biz altı seçki məntəqəsində olduq, onlarda çox yüksək seçici fəallığı müşahidə olunurdu". O əlavə edib ki, "adamlar səs vermək istəyirdilər və belə imkana malik olduqlarına görə şad idilər". Onun sözlərinə görə, seçki məntəqələrində müxtəlif partiyaların nümayəndələrini görmələri təsir bağışlayan fakt idi. – Trend.az, 09.10.13
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasından Azərbaycanda prezident seçkilərinin gedişini izləyən bolqarıstanlı müşahidəçi Enio Savov. Mən çox şadam ki, dünyanın ən gözəl şəhərlərindən biri olan Bakıdayam. Bolqarıstanda Azərbaycandakı demokratik proseslər də daxil olmaqla ölkənin inkişafını böyük maraqla izləyirlər. Əminəm ki, bu seçkilər müstəqil inkişaf edən Azərbaycanın demokratik inkişaf yolunu bir daha göstərəcək. – Trend.az, 09.10.13
Avropa Parlamentinin Polşadan olan üzvü Yaçek Vlosoviç. Məntəqələrdə müxtəlif namizədlər və ölkələrdən olan müşahidəçilər iştirak edir. Mən dünyada seçkilərin müşahidə olunması üzrə bir çox missiyaların tərkibində işləmişəm. Böyük təcrübəsi olan bir şəxs kimi deyə bilərəm ki, Azərbaycan seçkiləri çox yaxşı təşkil edib. Azərbaycanda seçici fəallığı Avropa İttifaqı (Aİ) ölkələrindən çox yüksəkdir. – Trend.az, 09.10.13
Avropa Parlamentinin Avropa Mühafizəkarlar və İslahatçılar Siyasi Qrupunda Çexiya nümayəndə heyətinin lideri Miroslav Ouzki. Təşkilatçılıq baxımından hər şey çox gözəldir. Heç bir neqativ hal qeydə alınmayıb. – Trend.az, 09.10.13
MDB Parlamentlərarası Assambleyadan (PA) olan beynəlxalq müşahidəçilər qrupunun əlaqələndiricisi Leonid Slutski. Azərbaycanda prezident seçkilərində seçki komissiyalarının işi ən yüksək standartlara uyğundur. Hiss olunur ki, Azərbaycan Mərkəzi Seçki Komissiyası seçki sisteminin təkmilləşdirilməsi üzərində işləyib. Şübhəsiz ki, bu, azad iradənin bildirilməsinin təmin edilməsinə və bu günün təntənəsinin hiss edilməsinə yardım edir. – Trend.az, 09.10.13
Bolqarıstan, İndoneziya və Şri-Lankadan olan beynəlxalq müşahidəçi qrupunun rəhbəri Viktor Papazov. Seçki məntəqəsinə gələn insanlar mehriban, gülərüzdür. Mən son parlament və ondan öncəki seçkiləri də müşahidə etmişəm. Məsələn, parlament seçkilərində bir gərginlik duyulurdu, bəlkə də bu, parlament seçkilərində çoxsaylı partiyaların iştirakı ilə bağlı idi. Ancaq 10 namizədin iştirak etdiyi bu seçkilərdə gərginlik müşahidə etmədim. – Apa.az, 09.10.13.
MDB-dən olan müşahidəçilər qrupunun təmsilçisi Karzalova Anna Yurveyna: "Mən hələlik seçkilərin gedişi ilə bağlı heç bir rəsmi açıqlama verə bilmərəm. Bunlar bir qədər sonra olacaq. Lakin indiyə qədər gördüklərimi normal qiymətləndirirəm. Mənim olduğum məntəqə vaxtında açıldı. Gördüyümüz təcrübəyə əsasən ilk olaraq yaşlı nəslin nümayəndələri səs verməyə gəliblər. Baxaq görək sonra necə olacaq” - Gün.Az
Belarus Mərkəzi Seçki Komissiyasının sədri xanım Lidiya Ermoşina: "Seçkiləri izləmək üçün Belarusun müşahidə missiyası Azərbaycandadır. Müşahidəçilər paytaxt Bakı ilə yanaşı respublikanın regionlarında səsvermə prosesini izləyirlər. Mən müşahidə etdiyim məntəqələrdə səsvermənin seçici fəallığı ilə keçdiyini gördüm və heç bir qanun pozuntusuna rast gəlmədim. İnanıram ki, səsvermə azad, şəffaf və demokratik şəraitdə başa çatacaqdır”. AzərTAc, 09.10.13
Rusiyalı beynəlxalq müşahidəçi Nataliya Kondratenko: Səhər saatlarından başlayaraq 88 saylı Göyçay və 89 saylı Göyçay-Ağdaş seçki dairələrini əhatə edən 12 seçki məntəqəsində səsvermə tam şəffaf və demokratik keçirilir, indiyədək proseslərə hər hansı müdaxilə halını müşahidə olunmayıb. Səsvermənin qanunun bütün tələblərinə uyğun olaraq həyata keçirilir. Vətəndaşlar seçki məntəqələrinə gələrək sərbəst şəkildə istədikləri namizədə səs verirlər. AzərTAc, 09.10.13
Belçikalı beynəlxalq müşahidəçi Andrey Oberexin: "Seçki məntəqələrində insanların çox olması bəzi hallarda səs-küyə səbəb olur. Amma ümumilikdə götürdükdə, seçki prosesində ciddi nöqsanlar qeydə alınmayıb. Azərbaycanda prezident seçkilərinin hazırlıq səviyyəsindən məmnunuq”. – APA, 09.10.13
ABŞ-ın Dallas şəhərində yerləşən Siyasi Monitorinq üzrə Müstəqil Amerika Mərkəzinin direktoru Lidiya Louson: "Bu gün saat 7:30-dan müşahidələrə başladıq və 10 seçki məntəqəsində oldu. Hər məntəqədə seçki qanunu ilə bağlı materiallar var idi. Hər şey qanunlara uyğun keçir. Biz seçki komissiyalarının üzvləri və müşahidəçilərlə danışdıq və onlar pozuntu qeydə almadıqlarını dedilər. Müşahidələrimizi məntəqələrin bağlanana qədər davam etdirəcəyik". – APA , 09.10.13
Amerikalı müşahidəçi Barbara Miller: "Müşahidə apardıqları zaman hələlik hər hansı qanun pozuntusu aşkarlanmayıb. Seçicilərin rahat şəkildə səs vermələri üçün lazımi şərait yaradılıb. - APA, 09.10.13
COPAL-ın vitse prezidenti Fransisko Rosales Argüello: "Səsvermədə məxfilik tam şəkildə qorunur. Hər kəs rahatlıqla gizli şəkildə səs verir. Müxtəlif partiya müşahidəçilərinin seçki prosesini izləməsi səsvermənin şəffaflığından xəbər verir. Azərbaycanda demokratiya günü-gündən inkişaf edir. Bu gün müşahidə etdiyimiz seçkilər də bunun bariz nümunəsidir”.- SİA, 09.10.13
COPAL -ın baş katibi Joze Rivera Banuet: COPAL 29 ölkədən 62 partiyanın üzvlərini özündə cəmləşdirir. Biz Azərbaycanda keçirilən prezident seçikiləri ilə yaxından maraqlanırıq. Səsvermə prosesini izləyirik. Apardığımız müşahidələr zamanı heç bir qanunsuz əmələ rast gəlməmişik. Seçki prosesində yeni texnologiyalardan istifadə olunur. Barmaqlara xüsusi məhlulun vurulması səsvermənin düzgünlüyünü bir daha sübut edir. Beynəlxalq və yerli müşahidəçilərin səsvermə məntəqələrində yerləşdirilməsi çox yaxşı haldır. Burada müxtəlif partiyaların üzvləri əyləşirlər. Bu da seçkilərin demokratikliyindən və şəffaflığından xəbər verir”. – SİA, 09.10.13
Almaniya Bundestaqının üzvü Doris Barnet: "Azərbaycandan fərqli olaraq Almaniyada seçicilərin barmaqlarına silinməyən mürəkkəb vurmurlar. Biz seçkilərin təşkili prosesindən çox razıyıq. Seçicilər səsvermədə fəal iştirak edirlər və biz çox şadıq ki, insanlar səsvermə hüquqlarından istifadə edirlər". – Trend, 09.10.13
Moldova Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Yuri Çokan: Azərbaycanda prezident seçkiləri üçün hər şey yüksək səviyyədə hazırlanıb. Seçki məntəqələri açılan kimi beynəlxalq nümayəndə heyətinin tərkibində məntəqələrə baş çəkirlər. Seçkilər ştat rejimində keçir, səhər saatlarında məntəqələrin açılması ilə əlaqədar bütün prosedurlarda iştirak etmişik, yəni bura seçki qutularının möhürlənməsi, seçki bülletenlerinin sayılması, müşahidəçilərin qeydiyyata alınması daxildir. Bütün seçki məntəqələrində logistika yaxşı səviyyədədir. Bakıda bir çox seçki məntəqələrində və şəhərdən kənarda veb-kameralar quraşdırılıb. Fikrimizcə, seçki fəallığı olduqca yüksək olmalıdır, çünki biz səhər saatlarından insanların seçki məntəqələrinə gəlməsinin şahidi olmuşuq. Hətta məntəqələrin birində növbə yaranıb ". – Trend, 09.10.13
Qara Dəniz QHT Forumunun Müşahidə Missiyasının rəhbəri İsmayıl Safi: Azərbaycan paytaxtının seçki məntəqələrində səsvermə prosesi kifayət qədər yüksək səviyyədə təşkil edilib. Günün birinci yarısında onun rəhbərlik etdiyi müşahidə missiyası üç seçki məntəqəsində olub. Hər üç seçki məntəqəsində səsvermə prosesi yüksək səviyyədə təşkil olunub və bu, ilk baxışdan da görünür. Səsvermə prosesini həm hakim partiya, həm müxalifətdən olan, həm də müstəqil müşahidəçilər izləyirlər. Biz onların fikirləri ilə yerindəcə tanış olduq. Onların hamısı seçki prosesini yüksək qiymətləndirir. Mənim Bolqarıstan və Türkiyədən olan həmkarlarımda eyni fikirdədir".– Trend, 09.10.13
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasından bolqarıstanlı müşahidəçi Enio Savov: "Azərbaycanda prezident seçkiləri ölkənin demokratik inkişafının göstəricisidir. Əminəm ki, bu seçkilər müstəqil inkişaf edən Azərbaycanın demokratik inkişaf yolunu bir daha göstərəcək.” – Day.az, 09.10.13.
ABŞ-ın "LR Global" Strateji Araşdırmalar Mərkəzinin baş direktoru Lenço Rendon: "Düşünürəm ki, Azərbaycanda prezident seçkiləri demokratik şəkildə keçirilir. Düşünürəm ki, dünya bunu görməlidir. Mən çox şadam ki, Azərbaycana gəlib seçkiləri müşahidə etmək imkanı əldə etmişəm və bu demokratik prosesləri öz gözlərimlə görürəm". – Trend, 09.10.13
Almaniya Parlamenti və Avropa Şurasının deputatı, professor Hakkı Keskin: "Azərbaycanda prezident seçkilərində iştirak yüksək səviyyədədir. İndiyə kimi hər şey normal görünür, seçkidə iştirak yüksək səviyyədədir. Gəzdiyimiz məntəqələr çox gözəl məktəblərdə təşkil olunub. Almaniyada belə gözəl məktəblər yoxdur. Azərbaycanda möhtəşəm bir inkişaf var: "Seçki qutularının demək olar ki, hamısının başında xanımlar dayanıb. Bu da o deməkdir ki, Azərbaycan xanımları siyasətlə maraqlanırlar. Bu, çox gözəl bir hadisədir. Seçicilər fəaldır".– Day.az, 09.10.13.
Pozuntular:
MSK-nin Müstəqil Mətbuat Mərkəzi: 34 saylı Xətai 2-ci dairə seçki komisiyasının 7 saylı seçki məntəqəsində Milli Şuranın müşahidəçisi Südabə Səlimova Məntəqə Seçki Komissiyasının binasında yerləşən masadan 4 ədəd seçki bülletenini götürüb və qaytarmayıb. – Trend, 09.10.13
MSK-nin Müstəqil Mətbuat Mərkəzi: Saat 10:30 radələrində Cəlilabad şəhər sakini, Müsavat partiyasının üzvü Məmmədov Hacı Səfər oğlu 67 saylı dairə seçki komissiyasının 19 saylı məntəqəsindən təxminən 10 ədəd bülleteni götürərək seçki məntəqəsindən qaçaraq uzaqlaşıb. - Milli.Az, 09.10.13