Sabiq nazir Fərhad Əliyev: “Prezidentimə səs verdim”




Cəzaçəkmə müəssisələrində səsvermə prosesi davam edir. APA-nın əməkdaşının verdiyi məlumata görə, 14 saylı Xəzər Dairə Seçki Komissiyasının 2 saylı Cəzaçəkmə müəssisəsində yaradılmış 36 saylı məntəqənin seçici siyahısında 1210 nəfərin adı var. Saat 11.20-yə olan məlumata görə, onlardan 660 nəfər səsvermədə iştirak edib.

Məntəqədə səs verənlərin arasında müəssisədə cəza çəkən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev də olub. Səs verəndən sonra jurnalistlərə açıqlamasında Fərhad Əliyev bundan əvvəl seçkilərlə bağlı vahid bəyanatla çıxış etdiyini deyib: "Bu gün də öz əqidəmə sadiq qalaraq Azərbaycanın müstəqilliyini, təhlükəsizliyini layiqincə qoruyan prezidentimə səs verdim”.