BMT baş katibi Təhlükəsizlik Şurasına təklif edib

Suriyada kimyəvi silahın məhv edilməsi üzrə birgə missiya təsis edilsin

BMT baş katibi Pan Gi Mun Təhlükəsizlik Şurasına məktubla müraciət edərək, Suriyada kimyəvi silahın məhv edilməsi üzrə birgə missiyanın təsis edilməsini təklif edib. APA-nın məlumatına görə, bunu BMT-nin mətbuat katibi M.Nesirki keçirdiyi mətbuat konfransında deyib. Hazırda Suriyada olan qrupun bazasında yaradılacaq birgə missiyaya BMT baş katibinin təyin etdiyi mülki xüsusi koordinator rəhbərlik edəcək. Onun tərkibi 100 nəfərdən ibarət olacaq. Missiyanın dəstək bazası isə Kiprdə olacaq. Artıq Kipr tərəfi bu bazanı qəbul etməyə hazır olduğunu bəyan edib.