Azərbaycanda avtomobil yolu keçən iki bacını vurub. Daxili İşlər Nazirliyinin saytının məlumatına görə, oktyabrın 8-də saat 08.00 radələrində Lənkəran şəhərinin ərazisində müəyyən edilməyən avtomaşınla yolu keçən şəhər sakinləri Ülkər Axundova və onun bacısı Minə vurulub. Nəticədə onlar xəsarətlə xəstəxanaya yerləşdiriliblər. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş "VAZ-2106” markalı avtomaşının sürücüsü, şəhər sakini Təvəkkül İbadzadə saxlanılıb.