Prezidentliyə namizədlər səs veriblər

Sərdar Cəlaloğlu 21 saylı məntəqədə səsvermə hüququndan istifadə edib

Prezidentliyə namizəd, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu səs verib. APA-nın məlumatına görə, S. Cəlaloğlu həyat yoldaşı ilə birgə 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 21 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib. Səsvermədən sonra jurnalistlərə açıqlamasında S. Cəlaloğlu seçici fəallığının aşağı olduğunu deyib. O, səsvermə zamanı siyahıda adların səhv salındığını da vurğulayıb.