İqbal Ağazadə səs verib




Prezidentliyə namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə səsvermə prosesində iştirak edib. APA-nın əməkdaşının verdiyi məlumata görə, İqbal Ağazadə 19 saylı Nərimanov birinci Dairə Seçki Komissiyasının 7 saylı məntəqəsində səs verib. İ. Ağazadə məntəqəyə vəkilləri və partiya üzvləri ilə birgə gəlib.

Seçki prosesini izlədiyini deyən prezidentliyə namizəd, hələlik prosesə qiymət verməyin tez olduğunu bildirib: "Günün sonunda proseslə bağlı məlumatlar yayacağıq”.