125 yaşlı nənə səs verdi




Ən yaşlı seçici 92 saylı Zərdab-Ucar seçki dairəsində olan Zərdab rayonunun Məlikli kənd sakini 125 yaşlı Bayramova Süfü Mikayıl qızı bu gün səsvermə hüququndan istifadə edib.

"Qafqazinfo” xəbər verir ki, 125 yaşlı nənə daşınan seçki qutusunda səs verib. Hazırda 3 övlad, 9 nəvə və altı nəticə sahibi olan Süfü Bayramova keçmişdə kolxoz, barama və müxtəlif əkin təsərrüfatlarında işləyib.