Cəmil Həsənli səs verib



Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi Cəmil Həsənli səsvermə prosesində iştirak edib. APA-nın əməkdaşının verdiyi məlumata görə, Cəmil Həsənli 17 saylı Yasamal üçüncü Dairə Seçki Komissiyasının 6 saylı məntəqəsində səs verib. Prezidentliyə namizədlə yanaşı onun həyat yoldaşı və qızı da səsvermə hüququndan istifadə edib. Səsvermədən sonra jurnalistlərə açıqlama verən Cəmil Həsənli seçkilər barədə mövqeyini proses başa çatandan sonra açıqlayacağını deyib. O, seçki qərargahının indiyə qədər qeydə alınan qanun pozuntuları barədə məlumatlar yaydığını da qeyd edib.