Şırnakın Cizrə rayonunda gərginlik…

PKK tərəfdarları ilə polis arasında gərginlik

Türkiyənin Şırnak vilayətində ötən gecə etirazçılarla polis arasında iğtişaşlar baş verib. Vilayətin Cizrə rayonunda üzləri maskalı bir qrup şəxs PKK lideri Abdullah Öcalanın Suriyadan çıxarılmasının 15-ci ildönümü münasibətilə icazəsiz aksiya keçirməyə cəhd edib. ANS-in məlumatına görə, olis dağılmaq istəməyən qrupa qarşı gözyaşardıcı qaz və su şırnağından istifadə edib. Ara küçələrə çıxan nümayişçilər yollarda barrikadalar quraraq, nəqliyyatın hərəkətinə mane olublar. Nümayişçilər əraziyə cəlb edilən zirehli texnikaya və toplu-müdaxilə maşınlarına səs bombası, fişəng və molotoff kokteylləri atıblar. Bu zaman polis havaya atəş açaraq, nümayişçiləri dağıtmaq istəyib.  Şırnakın Cizrə rayonunda gərginlik səhər saatlarına kimi davam edib.