Sərnişin təyyarəsinin Böyük Britaniyanın cənub-şərqindəki Hambersayd hava limanına enişini pilot yox, sərnişinlərdən biri həyata keçirib. BBC-nin əldə etdiyi xəbərə görə, buna səbəb enişə bir neçə dəqiqə qalmış pilotun huşunu itirməsi olub. Pilotun vəziyyətinin pisləşməsi barədə məlumat mərkəzə ötürülən kimi polislər və tibb işçiləri dərhal hava limanına axışıblar. Bundan savayı, hava limanına uçuş üzrə iki nəfər mütəxəssis gələrək təyyarədəkilərlə ilə əlaqəyə girib. Onların verdiyi məsləhətlər sayəsində sərnişinlərdən biri təyyarənin hava limanına uğurlu enişini gerçəkləşdirib. Mütəxəsisslər bildiriblər ki, sərnişinlərin sağ-salamat qurtuluşu və təyyarənin yerə uğurlu enişi əsl möcüzədir.