Müğənnilər səs verdi




Şou-biznes əhli də səs vermə hüququndan istifadə edib. Onlar bu haqda sosial şəbəkədə məlumat yayıblar. Xalq artisti Brilliant Dadaşova səs verdiyi haqda "Facebook” səhifəsində yazıb: "Əziz dostlarım, İstanbulda Alihan dostumla birlikdə sevimli prezidentimiz İlham Əliyevə səs verdik. Sizə salam və sevgilərimi çatdırıram. Dostlarımdan kim gedib səs verməyə? Mənə də xəbər edin”. Müğənni Nadir Qafarzadə isə səsvermə zamanı çəkilən şəkillərini sosial şəbəkədə paylaşıb: "Azərbaycan xalqı ilə birlikdə gələcəyimizə səs verdik”. Gənc müğənni Sevinc Ağaşirinova "İnstagram” səhifəsində səs verdiyi haqda məlumat verib: "Çox böyük həvəslə, inamla, ümidlə uğurlu gələcəyimizə səs verdim! Qələbə sizin olsun.!!! Cənab prezidentimiz Ilham Əliyev”. Lent.az-ın məlumatına görə, Röya da səsvermə hüququndan istifadə edib.