"Rüstəm İbrahimbəyovun səfirlikdə yaradılmış məntəqəyə gəlib səs vermək istəməsi barədə xəbər yalandır”. Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycanın Rusiyadakı Səfirliyində seçkilərlə bağlı təşkil edilmiş məntəqənin sədri Ağalar Atamoğlanov deyib
O, Rüstəm İbrahimbəyovun bu gün seçki məntəqəsinə ümumiyyətlə gəlmədiyini bildirib. "Burada mühafizəçilər, səfirliyin əməkdaşları var ki, gələnləri seçki siyahısında qeyd edirlər. Rüstəm İbrahimbəyov gəlməyib. Gəlsəydi, onun adının seçki siyahısında olmasına baxmayaraq biz onu konsulluq qeydiyyatına götürüb, səsverməsini təmin edəcəkdik. Amma o burada olmayıb” deyə Ağalar Atamoğlanov vurğulayıb.
Səfirlik rəsmisi Rüstəm İbrahimbəyovun səfirliyə gəlməsi və səsvermədə adının olmamasına görə iştirak etməməsi barədə xəbəri təkzib edib. "Bu yalan informasiyadır”.